G7 ölkələrinin XİN başçıları Ukraynaya dəstək ifadə ediblər

  • By admin
  • 19 Fevral 2022 18:21

Dünyanın inkişaf etmiş yeddi ölkəsinin (G7) xarici işlər nazirləri Münhen görüşündə Ukrayna ilə həmrəyliklərini ifadə ediblər.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in bəyanatında bildirilib.

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Almaniya, İtaliya, Yaponiya, Kanada, Fransa və Böyük Britaniya daxildir.

 

Gununsesi.info