General Əhməd Əhmədovun qardaşı oğlunun para sevgisi - ŞOK FOTOLAR (EKSKLÜZİV)

  • Müəllif: admin
  • 21 İyul 2017 15:26

general

Gununsesi.info-nun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general Əhməd Əhmədovun “vurulacağı” ilə bağlı hələ 10 gün əvvəl yaydığı informasiya özünü doğrultdu. Artıq bir neçə gündür ki, vəzifəsindən kənarlaşdırılan nazirin səlahiyyətləri onun müavini Səbuhi Novruzova həvalə edilib.

Bu arada Azərbaycan Daxili İşlər Nazirliyindən getmiş xüsusi qrup Əhməd Əhmədovun fəaliyyətini təftiş edir. Məlumatda qeyd olunur ki, çoxsaylı pozuntular aşkarlanıb və ciddi tədbirlərin görüləcəyi qaçılmazdır.

Naxçıvandakı mənbələrimiz Əhməd Əhmədovun yaxınlarının təmtəraqlı həyat təzri barədə bizi bilgiləndirib. Məlum olub ki, nazirin yaxın qohumları, xüsusilə, onun qardaşı Əvəz Əhmədovun oğlu Fuad Əhmədovun xüsusi yaşam tərzi olub. Xüsusilə, pul sevgisi ifrat dərəcədə olan bu gənc öz varidatını sosial şəbəkələrdə ictimailəşdirməkdən belə çəkinməyib. Atası ilə birgə nazir işləyən əmisinin biznesiylə məşğul olan Fuadı dostları kef məclislərində külli miqdarda vəsait xərcləməsi ilə də tanıyır.

Gununsesi.info Fuad Əhmədovun sosial şəbəkədəki paylaşımlarını təqdim edir:

20187967_449293492136832_1404895298_n 20197150_449293592136822_846907761_n 20206222_449293622136819_1084954661_n 20269948_449293485470166_1555586475_n 20271780_449293665470148_1817895537_n

Gununsesi.info