General döyüşdə yaralandı

  • By admin
  • 17 Oktyabr 2016 16:00
general
Əfqaınstanda əfsənavə özbək əsilli general Abdul Rəşir Dustum  taliblərlə döyüşdə yaralanıb, iki mühafizəçisi isə ölüb.
Gununsesi.info “1TV” əfqan telekanalına istinadən xəbər  verir ki, Əfqanıstanın vetse-prezidetni, general Abdul Rəşid Dustum  ölkənin Fəryab əyalətində Kaysor deyilən ərazidə terrorçu “Taliban” hərəkatının üzvləri ilə döyüşdə yaralanıb. Bu barədə məlumat verən Əfqanıstanın hğkumət başçısı Abdulla Abdulla  deyib ki,  Dustumun  hərəkət etdiyi karvan   “Taliban” terrorçularının qurduğu tələyə düşüb. Dustumun karvanına hücum nəticəsində 4 nəfər ölüb ki, onlardan ikisi  generalın mühafizəçisi olub. General Dustum isə atışma nəticəsində yüngül yaralanıb. Buna baxmayaraq geeral Dustum özünü itirməyərək tələdən çıxamağı və terrorçulara qarşı əks hücuma keçməyi bacarın. Dustumun əks hücumları nəticəsində isə 70-dək terrorçunun yaralandığı bildirilir. Hətta  terrorçuların iki bronotexnikası sıradan çıxarılıb.
Qeyd edək ki, bir neçə gün bundan öncə Dustum öz qüvvələrini Fəryabı taliblərdən azad etmək üçün öz qüvvələrini göndərib və nəticədə oktyabrın 15-də əyalətin 20 yaşayış məntəqəsi terrorçulardan azad edilib. Əyalətin  terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatlar davam edir.
Bir həftə öncə isə general Dustum  Əfqanıstanın  Kunduz əyalətindəhəyata keçirilən anti-terror əməliyyatları zamanı bildirib ki,  o taliblərə qarşıən irimiqyaslı əməliyyatlara  rəhbərlik etməyi öz üzərinə götürəcək.
Gununsesi.info