General formasında gəzən QHT rəhbəri həbs edildi

  • By admin
  • 19 Sentyabr 2019 21:26

Özünü Beynəlxalq İnsan Hüquqları Bürosu adlı təşkilatın təmsilçisi kimi təqdim edın Firdofsi Ələkbərov hıbs edilib.

Gununsesi.org-un xəbərinə görə, Firdofsi Ələkbərovun həbsinə səbəb dələduzluq əməlləri olub. Belə ki, ayrı-ayrı vətəndaşları müxtəlif vədlərlə aldadan F.Ələkbərov onların külli miqdarda vəsaitini ələ keçirib. Ofisində aparılan axtarış zamanı onun otağından general uniforması götürülüb.

Qeyd edək ki, F.Ələkbərov özünü bir neçə QHT-nin rəhbəri kimi də təqdim edirmiş.

 

Gunay

Gununsesi.org