General Manvel Qriqoryanın arvadı da həbs olundu

  • Müəllif: admin
  • 25 İyun 2018 18:25
Ermənistanda ordudakı korrupsiya faktları ilə bağlı həbs olunan general Manvel Qriqoryanın arvadı Nazik Əmiryan da həbs olunub.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat verib.

İyunun 19-da hərbi ehtiyaclar üçün istehsal olunan konservlərin də olduğu yük maşınları ələ keçirilmişdi.

Yük maşınlarının sürücüləri bu barədə göstərişi Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryandan aldıqlarını etiraf etmişdilər.