General-mayoru Mirqafar Seyidov təqaüdə GÖNDƏRİLDİ

  • By admin
  • 05 Fevral 2022 13:28

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.

Gununsesi.info Apa-ya istinadən məlumat verir ki, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

Gununsesi.info