General üçün özəl gün

  • Müəllif: admin
  • 02 İyul 2018 14:36

Bu gün Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini general-leytenant Vəli Nağıyevin doğum günüdür.

Gununsesi.info-nun xəbərinə görə, 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulan Vəli Nağıyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifələr tutub.

2015-ci ildə isə Azərbaycan prezidentinin sərəncamı ilə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin olunub. Vəli Nağıyev həm MTN strukturlarında, həm də  Dövlət Miqrasiya Xidmətinə çalışdığı dönəm ərzində Prezidentin sərəncamı ilə bir sıra orden və medallara da layiq görülüb.

İki oğul bir qız atası olan general həm də babadır.

Gununsesi.info olaraq biz də hörmətli generalımızı təbrik edir, ona dövlətçiliyə xidmətində müvəffəqiyyətlər arzu edirik.