
Martın 2-də Ermənistan parlamentində Aram Sərkisyan ölkənin 4-cü prezidenti seçildikdən sonra parlamentarilər qarşısında çıxışı zamanı hakim oliqarx və generalitet təbəqəsi zalı nümayişkəranə surətdə tərk edib.
Gununsesi.info “1in.am”a istinadən xəbər verir ki, bununla da generalitet və oliqarxlar yeni prezidentə öz mövqeyini nümayiş etdirib.
Bunu erməni ekspertləri hakimiyyət daxilində yeni qarşıdurmanın başlanması ilə bərabər etirazın, eyni zamanda yeni prezident Armen Sərkisyana deyil, əslində Serj Sərkisyana etirazın forması kimi də dəyərləndiriblər. Yəni onlar zalı tərk etməkə güc nümayişi və Serj Sərkisyana olan inamın itməsi kimi qiymətləndiriblər.
Gununsesi.info












