Generallar Bakıda nəyi müzakirə etdi? – Görüşün detalları +Foto

  • By admin
  • 16 Fevral 2017 20:50

14872595594199619922_1000x669

 

Bu gün Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda görüşü olub.

Gununsesi.info AzərTac-a istinadən xəbər verir ki, görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

General Cozef Danford və ordu generalı Valeri Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, prezident İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2

 

Gununsesi.info