Gerasimov Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edildi

  • By admin
  • 11 Yanvar 2023 20:11

Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyata rəhbərlik etmək üçün yeni təyinatlar edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Bildirilib ki, nazirin əmri ilı Baş Qərargah rəisi Valeri Gerasimov Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Onun müavinləri Aerokosmik Qüvvələrin Ali Baş Komandanı, general Sergey Surovikin, Quru Qoşunlarının Baş Komandanı, general Oleq Salyukov və RF Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim olublar.

Nazirlik vurğulayıb ki, SVO-nun rəhbərlik səviyyəsinin artması onun həyata keçirilməsi zamanı həll olunan vəzifələrin miqyasının genişləndirilməsi, qoşun növləri arasında daha sıx qarşılıqlı əlaqənin təşkili, bütün növ dəstəyin keyfiyyətinin yaxşılaşdırılması, qüvvə qruplarına komandanlıq və nəzarətin effektivliyi zərurəti ilə bağlıdır.

Gununsesi.info