Gey klub muzeyə çevrilir - HOMOSEKSUALLARA TƏQAÜD VERİLƏCƏK - FOTOLAR

  • Müəllif: admin
  • 05 May 2017 14:30

gey klub

Ötən il ABŞ-ın Florida ştatında 49 nəfərin ölümüylə nəticələnən hücuma məruz qalmış gey klubunun muzeyə çevriləcəyi bildirilir.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, Orlando şəhərindəki Pulse gecə klubunun sahibi Barbara Poma homoseksuallara daimi dəstək vermək vaxtın çatdığını deyir.

Bununla yanaşı, Pomanın yaratdığı fond ABŞ-dakı homoseksuallara təqaüd də verəcək. Gecə klubuna hücum Əfqanıstan mənşəli Amerika vətəndaşı – 29 yaşlı Omar Mateen tərəfindən həyata keçirilmişdi.

Mateen hücumdan əvvəl 911 təcili yardım xəttinə zəng vurararq özünü İslam Dövləti (İD)adlandıran qruplşamaya xidmət etdiyini açıqlamışdı.

Bəzi insanları girov götürən Mateen hücumdan sonra baş verən qarşıdurmada polislər tərəfindən qətlə yetirilmişdi.

Orlandada baş verən hücum ABŞ-da 11 sentyabr hadisələrindən sonra ən çox insanın həlak olduğu hadisədir.

gey klubu muzey2

gey klubu muzey

Gununsesi.info