Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb

  • Müəllif: admin
  • 24 Fevral 2018 14:00

2018-ci ilin yanvar ayında gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info bildirilib ki, bu ilin yanvar ayında 41 qaçaqmalçılıq faktı qeydə alınıb. Bu faktlardan 12-si narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Həmçinin aşkar edilən inzibati xəta faktlarından 467-si malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, 31 fakt isə gizli keçirməyə aiddir.

Gununsesi.info