Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə qurumun baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarda bildirilir.
Qərara görə, Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilib:
– Saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
– Mis və sink əsasında ərintilər (latun): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
– Mis və qalay əsasında ərintilər (tunc): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
– Digər mis ərintiləri, mis tullantıları və qırıntıları: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
– Saflaşdırılmış misin, mis ərintilərinin: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
– Mis və sink əsasında ərintilər (latun) – 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
– Digərləri – 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.
Gununsesi.info