
Yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK-nın) xətti ilə dövlət büdcəsinə dekabrdakından 61.4 milyon manat az daxil olub. Bunun iqtisadi fəallığın azalmasından qaynaqlandığı bildirilir.
Gununsesi.info xəbər verir ki, ötən ay DGK-si 173.6 milyon manat vergi və rüsum toplaya bilib. Dekabrla müqayisədə yol vergisi (2.1 milyon manat) 12 dəfə az yığılıb. Aksizlər (2.7 milyon manat) 58 faiz azalıb.
Ay boyunca malların idxal və ixracından 44.2 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə 124.6 milyon manat yığılıb.
Bu il DGK-ya verilən tapşırıq ötənilkindən azdır. Ötən il komitə dövlət büdcəsinə 2 milyard 291.6 milyon manat köçürüb. Bu il 2.2 milyard manat köçürmək yetərli sayılacaq.
Gununsesi.info