Gömrükçülər külli miqdarda siqaret və rus rublu aşkar ediblər

  • By admin
  • 07 Aprel 2017 11:01

rubl

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Renault Megane” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsininşüşəsilən qurğusununaltından gömrük nəzarətindən gizlədilən 7800 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Bundan başqa Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Novosibirsk aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Həmin şəxs saxlanılıb sorğu-sual olunarkən üzərində 500-600 min Rusiya rublu olduğunu bildirib. Lakin şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 182 ədəd – hər biri 5000 Rusiya rublu nominalında əsginaslar olmaqla, cəmi 910 min Rusiya rublu aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info