Gömrükçülər mobil telefonları müsadirə edib

  • Müəllif: admin
  • 05 İyun 2017 14:35

telefon
Avtomobildən 4 ədəd mobil telefon aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz-2106” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunun damından 4 ədəd “Samsung Galaxy A3″markalı mobil telefonar aşkar edilib.

Anar
Gununsesi.info