Gömrükçülər vizit kartı qabında marixuana aşkarlayıb

  • By admin
  • 27 İyun 2018 14:28

 

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının çantasına baxış keçirilib.

Gununsesi.info bildirir ki, DGK-dan Trend-ə verilən məlumata görə, baxış zamanı, çantadakı vizit kartı qabının içində bir ədəd bükümdə, xalis çəkisi 1,257 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilib.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zaman, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə bir-birinə sarınmış iki ədəd kiçik ölçülü bükümlərdə birgə xalis çəkisi 49,716 qram olan metamfetamin aşkar olunub.

 Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.