“Google” əməkdaşları hərbi layihədə iştirakdan imtina etdi

  • Müəllif: admin
  • 05 Aprel 2018 08:45

“Google” şirkətinin 3 mindən artıq əməkdaşı şirkət rəhbərliyinə kollektiv müraciət ünvanlayaraq qurumun Pentaqonun həyata keçirdiyi proqramda iştirakına öz etirazlarını bildirib.

Gununsesi.info xəbər verir ki, “Project Maven” adlı layihə döyüş təyinatlı pilotsuz uçuş aparatlarının dəqiqliyini artırmaq məqsədi ilə süni intellektin istifadəsini nəzərdə tutur.

“Hesab edirik ki, “Google” hərbi bizneslə məşqul olmamalıdır”,- deyə şirkətin aparıcı mühəndislərinin də imzaladığı müraciətdə vurğulanır.

Gununsesi.info