“Google Glass” eynəyi gömrük orqanlarında tətbiq edilib

  • By admin
  • 02 Aprel 2017 09:02

1405-36 094 1405-36 Sign Glasses at Planetarium Computer Science, Google Glass May 21, 2014 Photo by Jaren Wilkey/BYU © BYU PHOTO 2014 All Rights Reserved photo@byu.edu  (801)422-7322

Dubay gömrükçüləri nəzarət-buraxılış məntəqələrində konteynerlərin skan edilməsi üçün “ağıllı” “Google Glass” eynəklərindən istifadəyə başlayıblar.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, qabaqcıl texnologiya gömrükçülərin işini sürətləndirməyə və sadələşdirməyə kömək edir. Belə ki, inspektorlar tərəfindən rentgen şəkillərinin dərhal əldə etməsi onlara adekvat tədbirlər görməyə imkan verir. Xüsusi proqram sayəsində eynək vasitəsilə alınan informasiya ilə gömrükçülər iş üçün onlara lazım olan bütün məlumatı əldə edə bilirlər.

Məlumata görə, hazırda gömrük idarəsi tərəfindən çap edilən gömrük bəyannamələrinin sayı 10 dəfə – gündə yüz ədəddən minədək artıb. Əvvəllər bir yükün emalı üçün 2 gün tələb olunurdusa, hazırda prosedur 3 dəqiqəyədək azaldılıb.

Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640×360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.

Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.

Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.

Gununsesi.info