
Dünyanın ən məşhur axtarış sistemi olan “Google” şirkəti 2018-ci ildə internetdə yayımlanan reklamlarına maneə törədəcək “Chrome” Skaner proqramının yeni versiyasını bazara çıxaracaq.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “Google” şirkəti məlumat yayıb.
Belə ki, “Google” şirkəti “Chrome”nin yeni versiyası vasitəsiylə internet istifadəçilərinin internet səhifələrində qarşılarına çıxan reklamları, musiqi və görüntüləri izləməsini əngəlləyə biləcəklər.
“Google” şirkəti internet sayt sahiblərinin böyük qisminin reklam gəlirləriylə öz işlərini maliyyələşdirdiyini əsas gətirərək,“Google” axtarış sistemində reklamları filtrələmək üçün ödəniş tələb edəcək və bu ödənişin 10 faizini alacaq.
İstifadəçilərin ziyarət etdikləri internet səhifələrini tamamilə reklamsız görmək üçün, şirkətə cüzi miqdarda ödəniş edəcəklər. Bunun müqabilində istifadəçilər internet saytlarında yalnız müəyyən standartlara cavab verən reklamları görə biləcəklər.
Qeyd edək ki, mütəxəssislər bunun şirkətlərin reklam gəlirlərinə zərər vercəyinin vurğulayırlar.
Anar
Gununsesi.info












