“Google”da “Bayraktar”ı ən çox kimlər axtarıb?

  • By admin
  • 02 May 2021 12:46

“Google”da Türkiyənin məşhur “Bayraktar TB2” pilotsuz uçan aparatı barədə məlumatları ən çox Ermənistanda olan istifadəçilər axtarır.

Gununsesi.info  “TRT Haber”ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağdakı qələbəsində töhfəsi olmuş “Bayraktar TB2” PUA-sına maraq dünya üzrə hər gün daha da artır.

Məlumata əsasən, “Google”un Yunanıstan, Azərbaycan və Türkiyədə olan istifadəçiləri də “Bayraktar TB2” ilə bağlı çoxsaylı axtarışlar ediblər.

Gununsesi.info