Görənləri heyran edən bu evlər cəmi 1 avroya satılır – BİR ŞƏRTLƏ

  • By admin
  • 02 Fevral 2018 20:34

İtaliyanın Ollolai şəhərində evlər cəmi 1 avroya satılır.

Gununsesi.info xəbər verir ki, buna səbəb sakinlərin böyük şəhərlərə köçməsi, nəticədə ərazidə əhalinin kəskin şəkildə azalmasıdır. Statistik göstəricilərə əsasən burada yaşayan insanların sayı 2250 nəfərdən 300 nəfərə enib.

Lakin alıcılar qarşısına bir şərt qoyulur. Belə ki, evi 1 avroya əldə etmək istəyən şəxs burada 3 il yaşayaraq mənzildə təmir işləri aparmalıdır. Bunun üçün isə hesablamalara görə 25 min pul xərcləmək lazımdır.

Bələdiyyə sədri artıq 3 evin satıldığını açıqlayıb.

Gununsesi.info