Goranboy sakini dərmandan zəhərləndi

  • Müəllif: admin
  • 24 Avqust 2017 22:30

tecili-yardim-1
Goranboyda dərman zəhərlənməsi olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Səfikürd kənd sakini, 1994-cü il təvəllüdlü Rzayeva Xəyalə dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildiirlir.

X. Rzayevanın hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Gununsesi.info