Goranboy sakini özü həyatda, şəkli isə qəbir daşındadır - VİDEO

  • By admin
  • 02 Aprel 2017 21:04

ozu heyatdadir qebircahangir

Goranboy sakini həyatda ola-ola şəklini məzar daşına çəkdirib.

Gununsesi.info-nun xezerxeber.az-a istinadən verdiyi məlumata görə, 80 yaşlı Cahangir Quliyev hər kəsi təəccübləndirən hərəkətə imza atıb.

Özü hələ həyatdadır, ancaq şəkli qəbir daşındadır. Özü də vəfat edən xanımın başdaşının üzərində.

Maraqlı hadisə Goranboy rayonunda yaşanıb. 80 yaşlı rayon sakini Cahangir Quliyev 4 il öncə itirdiyi həyat yoldaşına sevgisini ifadə etmək məqsədilə bu addımı atıb.

54 illik evlilikdən sonra yoldaşını itirməklə barışmayan Cahangir Quliyev xanımı üçün başdaşı hazırladarkən onun üzərinə öz şəklini də həkk etmək qərarına gəlir.

80 yaşlı kişi ömür-gün yoldaşına ehtiramını bildirmək üçün tez-tez məzara baş çəkir və onun ətrafında təmizlik işləri də aparır.

Yaşının bu çağında sevgisinə sadiqlik nümayiş etdirən ahıl kişi öz əməli hər kəsə örnək olmağı bacarıb.

Gununsesi.info