Goranboyda 7 otaqlı ev yanıb

  • Müəllif: admin
  • 10 İyun 2017 12:47

neft terminali yangin

Goranboy rayonunda 7 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Şəfəq kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin tavanı 15 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info