Goranboyda avtomobil 36 yaşlı kişini vuraraq öldürüb

  • By admin
  • 02 Avqust 2021 09:31

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Goran qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Samir Füzuli oğlu Əsgərovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.