Goranboyda avtomobil aşıb, sürücü və sərnişin xəsarət alıb

  • By admin
  • 03 Sentyabr 2017 19:00

qeza_0235
Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

“Nissan Xtrail” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü 1976-cı il təvəllüdlü Ceyhun Verdiyev və sərnişin 1979-cu il təvəllüdlü Hümbət Talıbov müxtəlif bədən xəsarətləri alıb və Gəncədə xəstəxanaların birinə yerləşdiriliblər.

Faktla bağlı Xocalı rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.ifo