Goranboyda ev yanıb

  • Müəllif: admin
  • 13 Yanvar 2018 14:05

Goranboy rayonunda fərdi evdə yanğın olub. 

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində yerləşən otağın tavanı 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Gununsesi.info