Goranboyda yük avtomobili yanıb

  • Müəllif: admin
  • 18 Dekabr 2017 14:06

Goranboy rayonunda QAZ markalı yük avtomobilinin mühərriki və kabinəsinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info