Goranboydakı qəzada ölənlərin sayı üçə çatdı

  • Müəllif: admin
  • 02 May 2018 22:26

Goranboy rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü  Quliyev Füzuli Şura oğlu həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.

Qeyd edək ki, bundan əvvəl F.Quliyevin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı tibbi yardıma baxmayaraq Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, bu gün Goranboy rayonunda,  Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğlu hadisə yerində ölüb.

 Gununsesi.info