Göyərtəsində 195 nəfər olan təyyarə qəzadan son anda xilas oldu - VİDEO

  • By admin
  • 04 Fevral 2020 10:19

Rusiyada göyərtəsində 189 sərnişin və altı heyət üzvü olan təyyarə qəzadan son anda xilas olub. Belə ki, Ufa-Moskva reysi ilə hərəkətə hazırlaşan təyyarə uçuş-eniş zolağından çıxıb.

Gununsesi.org REN TV-yə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidmətindən bildirilib.

Hadisə vaxtı zərər çəkən olmayıb. Təyyarə dayanacağa aparılıb. Reys üç saat təxirə salınıb.

Gununsesi.org