Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu

  • Müəllif: admin
  • 23 Dekabr 2017 17:18


Cümə günü axşam saatlarında Yunanıstanın Traqonisi adası yaxınlığında Panama bayrağı altında üzən “Little Seyma” gəmisi saya oturub.

Gununsesi.info-nun məlumatına görə, göyərtəsində doqquz ukraynalı və üç azərbaycanlı olan gəmi 2700 ton Rusiya unu daşıyırmış.

Yük Kipr adasının cənub-şərqində “Famaqusta” liman şəhərinə çatdırılmalı idi.

Gəminin ekipaj üzvləri sahil mühafizə xidməti tərəfindən təxliyyə olunub.

Gununsesi.info