Göyçay sakini iş yoldaşını bıçaqladı

Göyçay sakini iş yoldaşını bıçaqladı

intihar bicaq

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay şəhərində yerləşən dülgər sexlərindən birində baş verib.

Həmin sexdə çalışan Yalman kənd sakini, 1966-cı il təvəllüdlü Qafarov Siyavuş Sırac oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı iş yoldaşı, rayonun Birinci Ərəb kənd sakini, 1962-ci il təvəllüdlü Əzizov Mürvət Qüdrət oğlunu bıçaqlayıb. Qarın boşluğundan bıçaq xəsarəti alan M. Əzizov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılaraq əməliyyat olunub. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info

COMMENTS