Göyçayda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

  • Müəllif: admin
  • 02 Yanvar 2017 20:50

fc91dc47ef6e9df1ff9a2aae189346d9

 

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

Məlumata görə, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay şəhərinin Bakı küçəsindəki 25 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Elnur Rəhimov və onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əzizə Salmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların vəziyyəti normallaşıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info