Göyçayda toyda qan töküldü

  • By admin
  • 13 Noyabr 2017 15:20

Göyçay rayonunda toy mərasimində qohumlar arasında dava olub.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə noyabrın 12-də gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu ilə şəxsi münasibətlər zəminində dava edib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info