Göygöl sakinindən marixuana aşkar edilərək götürülüb

  • By admin
  • 26 İyul 2017 13:50

marixuana
Göygöl rayonunun Çaykənd kəndində yaşayan şəxsin evinə baxış zamanı oradan 487 qr marixuana aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaykənd kəndində yaşayan Rəsul Nəcəfovun evinə baxış zamanı oradan 487 qram marixuana aşkar edilərək götürülüb.

Anar
Gununsesi.info