Göygöldə 2 nəfər dəm qazından zəhərləniblər

  • By ilhame
  • 26 Mart 2024 22:50

Göygöl şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

 

Gununsesi.info-nun məlumatına görə, 2013-cü il təvəllüdlü N.Atayeva və 2017-ci il təvəllüdlü S.Atayeva yaşadıqları evdə dəm qazından zəhərlənib.

 

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info