Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

  • By admin
  • 30 Sentyabr 2016 20:18

qeza

Gəncə-Göygöl yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Apa-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

“Niva” və “Pejo” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar – “Pejo” markalı maşının sürücüsü, 1972-ci il təvəllüdlü Bəxtiyar Cəfərov və digər sürücü, Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü İlqar Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info