Göygöldə  iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

  • By admin
  • 14 Sentyabr 2016 14:43

goygol

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun 378-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “VAZ 21011” və “KİA” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 52 yaşlı  Hamlet Musayev və digər avtomobildə olan, Şəmkir rayon sakinləri 45 yaşlı Mübariz Lətifoğlu, 26 yaşlı Mirmahmud Əliyev,25 İsmət Rzayev və Mahir İbrahimov  müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info