Göygöldə su kanalına düşən şəxsin meyiti Gəncədə tapıldı - Video/Foto

Bugün səhər saatlarında Gəncə şəhərindəki Xan arxından naməlum kişi meyiti tapılıb.

 

Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi xəbərə görə, Göygöl rayonundan Gəncəyə istiqamətlənən su kanalına düşən həmin şəxsin meyiti Yeni Gəncə qəsəbəsində kanaldan tapılıb.

Meyid Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən kanaldan çıxarılıb və prokurorluq orqanlarına təhvil verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları dəvət olunub.