Gözəl görünmək istəyi gənc qızların özgüvənini sarsıdır -XƏBƏRDARLIQ...

  • By admin
  • 05 İyun 2019 22:53
Gununsesi.org xəbər verir ki, İngiltərədə qızlarla bağlı bir şirkətin araşdırması nəticəsində məlum olub ki, gənc qızların xarici görünüşləri ilə bağlı özgüvənləri 5 il öncəylə müqayisədə daha azdır. Araşdırmaya qatılan 7-21 yaş arası 1627 gənc qızdan sadəcə 61 faizi xarici görünüşləri ilə barışdıqlarını bildiriblər. Bu statistika 2011-ci ildə yüzdə 73 faiz olub.
11-21 yaş arası 1000 nəfər gənc qızın yüzdə 66 faizi yetərincə gözəl olmadıqlarını düşündüyünü deyib. Xarici görünüşlərinin qadınların həyatında mühüm rol oynadığını isə yüzdə səksən faiz insan təsdiq edib.
Gənc qızların araşdırma sırasında dilə gətirdikləri daha bir problem isə bədənlərindəki qüsurun onları bir çox paltarları geyməkdən məhrum edib. Onlar bildiriblər ki, buna görə foto da çəkdirə bilmirlər.