
Argentinalı model Nadinne Bruna gözəlləşmək uğruna gözlərindən olub.
Gununsesi.info xəbər verir ki, gözlərini yaşıl etmək üçün əməliyyata girən model gözləmədiyi dəhşətlə üzləşib. Əməliyyatdan sonra Nadinnenin sağ gözündə 80%, sol gözündə isə 50% görmə qabiliyyəti itib. 32 yaşlı Bruna ala gözlərini Kolumbiyada əməliyyat etdirib. Əməliyyat ona 3 min dollara başa gəlib. Hazırda Bruna müalicə olunmaq üçün Mayamiyə yola düşüb.
Gözündəki silikonlar çıxarılsa da, sinirlər zədələndiyindən Nadinne bundan sonra görmə problemi ilə yaşayacaq.
Gununsesi.info











