“Gözlənilən əfv sərəncamı azadlığa çıxacaq insanların sayına görə əvvəlki sərəncamlarından fərqli olacaq” - DEPUTATLAR

  • By admin
  • 13 Mart 2017 13:04
efv
Tamamilə oturuşmamış cəmiyyətlərdə  əfv  sərəncamları, amnistiya aktları böyük rol oynayır və bu baxımdan, Novruz bayramı ərəfəsində veriləcək əfv sərəncamı da  cəmiyyətdə sosial həmrəyliyin formalaşması üçün müstəsna əhəmiyyətə malikdir.
ilhamsefer
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli  deyib.
Onun sözlərinə görə, hər bir halda  amnistiya aktları və əfv sərəncamları  humanist addım olduğundan, bu, cəmiyyətin bütün təbəqələri  tərfindən müsbət addım kimi qarşılanır:
“Dövlət başçısı İlham Əliyev də humanizm nümayiş etdirərək, Azərbaycanda mühüm bayramlar və günlər ərəfəsində mütəmadi olaraq belə əfv sərəncamları imzalayır. Və bunun nəticəsində də hər dəfə yüzlərlə  məhbus azadlığa çıxaraq ailəsinə qovuşur. Növbəti belə bir  humanist addım da xalqımızın milli bayramı- Novruz bayramı ərəfəsində imzalanacaq”.
tahir
Millət vəkili əlavə edib ki, Əfv Komissiyasının 7 iclası keçirilib ki, orada da 950 müraciətə baxılıb  və bunun da 450-nə müsbət cavab verilib.
“Bildiyim qədər Əfv Komissiyasının sədrli Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən bu iclaslarda  30-dək siyasi məhbus hesab edilən şəxsin də məsələsinə baxılaraq, müvafiq rəy verilib. Ona görə də bu əfv sərəncamı  azadlığa çıxacaq insanların sayına görə əvvəlki əfv  sərəncamlarından fərqli olacaq. Xeyli sayda məhbus azadlığa çıxacaq. Bu əfv sərəncamı nəticəsində azadlığa çıxanlara təkcə onların ailə üzvləri, yaxınları deyil, eyni zamanda, bütövlükdə cəmiyyət sevinəcək”- deyə, millət vəkili vurğulayıb.
T.Kərimli deyib ki, belə humanist addımların atılması Azərbaycanın beynəlxalq alımdə də mövqeyinin möhkəmlənməsinə və ölkəmiz barəsində müsbət imicin formalaşmasına  öz təsirini göstərir.
“Çünki bu əfv sərəncamları və amnistiya aktları  beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri təərfindən  birmənalı şəkildə müsbət qarşılanır və bununla bağlı bəyanatla da çıxış edirlər.
Bununla belə onu da demək istərdim ki, bu əfv sərəncamları və amnistiya aktları beynəlxalq aləm üçün deyil,  daha çox bizim  cəmiyyətin özü üçün vacibdir. Belə humanist addımlar  ictimai və sosial barışığın, həmrəyliyin möhkmlənməsinə  xidmət edir”- deyə, T. Kərimli vurğualyıb.
Bununla belə millət vəkili azadlığa  buraxılan məhbusların cəmiyyətə inteqrasiyasını və faydalılqı əmsalını artırmaq üçün onların işlə təmin olunmasını vacib sayır:
“Əgər biz   azadlığa buraxılan  məhbusların  cəmiyyətə inteqrasiya olunmasını, faydalılıq əmsalını artırmaq  və ya yenidən onların məhbəsə dönməsini istəmiriksə, onları işlə təmin etməliyik və hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır. Hökumət bu məsələyə həssas yanaşmalı və onların işlə təmin olunmasına çalışmalıdır”.
O, təklif edib ki, bu məqsədlə hökumət  mərkəzləşdirilmiş bir sistem yaratmalıdır:
“Hansı ki, bir sıra ölkəlrədə belə praktiak mövcddur. Onlar  həbsdən çıxan şəxslərin cəmiyyətə inteqrasiya olunması və  kriminal durumun azaldılması üçün eks məhbusları maksimum işlə təmin edirlər. Biz də bu yolu seçməliyik ki, həbsdən azad olanunlar cəmiyyətə inteqrasiya olunsun və yenidən  məhbəs həyatı yaşamasın”.
Millət vəkili Aydın Hüseynov isə Gununsesi.info-ya açıqlamasında  deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevi dünyada bir humanist siyasi şəxsiyyət kimi tanıyırlar.
aydin
“Çünki onun təşəbbüsü ilə ildə bir neçə dəfə əfv sərəncamı imzalanır və bunun nəticəsində yüzlərlə ailə azadlığa qovuşur. Belə bir addım yaxın  günlərdə Novruz bayramı  ərəfəsində olacaq. Yenə də xeyli sayda cinayət etmiş şəxs  əfv olunaraq cəmiyyətə inteqrasiya olunacaq”.
Onun sözlərinə görə,  İ. Əliyevin həyata keçirdiyi siyasətin ən əsas proioritetlərindən biri və ən başlıcası ölkə vətəndaşının təhlükəsiziliyni təmin etməklə yanaşı, onun azad  və yaxşı  rifah halında yaşamasına nail olmaqdan  ibarətdir:
“Və ölkə başçısı fəaliyyətini bu istiqamətdə qurub.  Elə Azərbaycan prezidenti İlham Əliyevin mütəmadi olaraq öz konstitutsion hüquqlarından istifadə edərək əfv  sərəncamı imzalayaraq həbsdən yüzlərlə insanı azad edir”.
Millət vəkili əlavə edib ki, İ.Əliyev cinayət edən və sonradan öz cinayət əməllərindən peşiman olub, cəmiyyətə inteqrasiya olunmaq istəyən insanların müraciətini müsbət  qarşılayaraq, onlara  belə bir  şans verir.
“Bunun üçün də ölkə başçısı öz konstitutsion hüququndan istifadə edərək,  ildə bir neçə dəfə əfv sərəncamı imzlayır və bunun nəticəsində yüzlərlə insan azadlığa çıxır, ailəsinə qovuşur. Növbəti belə bir addımın xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində də atılması gözlənilir. Və bu dəfə də  xeyli sayda məhbus  azadlığa qovuşacaq”- deyə, o, vurğualyıb.
mehriban xanim-preziodent
A.Hüseynov onu da xatırladıb ki, bundan əlavə olaraq, parlamentdə  son 10 ildə Azərbaycanın birinci vitse-prezidenti, bu günlərədək Milli Məclisin üzvü olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul olunub:
“Bütün bunlar onu göstərir ki, Azərbaycanda humanizm bir dövlət siyasətidir və atılan bu addımlar da bunun  əyani təzahürüdür”.
Millət vəkili Çingiz Qənizadə də Gununsesi.info-ya açıqlamasında deyib ki, dünyanın digər hər hansı bir ölkəsində belə bir pratktika mövcud deyil ki, ölkə başçısı öz konstitusion hüquqlarından istifadə edib ildə bir neçə dəfə əfv sərəncamı imzalasın.
cingiz1
“Ancaq Azərbaycan prezidenti İlham Əliyev  öz konstitusion hüququndan istifadə edərək, ildə bir neçə dəfə belə təşəbbüslə çıxış edir. Minlərlə ailəyə sevinc bəxş edir. Hələ demirəm ki, daha genişəhatəli amnistiya aktları qəbul olunur və bunun nəticəsində minlərlə insan cəzadan azad edilir.  Belə amnistiya aktları da  Azərbaycanın birinci xanımı, bu günlərədək deputat həmkarımız olan, bu gün isə  ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə olub. Məhz 12 illik deputat fəaliyyəti dövründə Mehriban xanım Əliyeva dörd dəfə  amnistiya aktı  təşəbbüsü ilə çıxış edib və nəticədə qırx mindək insan cəzadan azad olunub”- deyə, Ç.Qənizadə vurğulayıb.
 
Millət vəkilinin sözlərinə görə, yəni, bu, bir daha sübut edir ki,  Azərbaycan dövlətini idarə edən şəxslər özləri belə təşəbbüslərlə çıxış edərək, humanist addımlar atırlar:
 “Biz ölkə rəhbəri tərəfindən belə bir humanist addımın bu yaxınlarda da bir daha şahidi olacağıq. Belə ki,  Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti daha bir humanizm nümayiş etdirərərk, növbəti əfv sərəncamı imzalayacaq. Bu əfv sərəncamı ilə  yüzdən artıq  məhkum azadlığa çıxacaq və yenə də minlərlə insana sevinc bəxş ediləcək”.
 
Mürtəza
Gununsesi.info