“Greenfell Tower”dan kiminsə sağ çıxması ehtimalı yoxdur

  • Müəllif: admin
  • 15 İyun 2017 14:53

fc2ea97f5e5d9282b0d8340849744881_840

Londonda yanan 24 mərtəbəli “Greenfell Tower”dan kiminsə sağ çıxması ehtimalı yoxdur.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bu barədə London Yanğından Mühafizə İdarəsinin rəisi Danniy Cotton bildirib.

Onun sözlərinə görə, yanğından sonra araşdırma nəticəsində kimsənin sağ çıxması ehtimalı yox səviyyəsindədir. Londonda yanan binada ölənlərin sayı hazırda 17-yə çıxıb. Ancaq ölənlərin sayının bundan qat-qat çox olacağı da ehtimal olunur. Çünki xilasedicilər xeyli sayda cəsəd aşkar edib. Bu say qat-qat çox ola bilər.

Cotton deyib ki, xilasedicilər hələ də binanı tam araya bilməyiblər.

Verilən məlumata görə, onlarla uşaq və yaşlıdan xəbər yoxdur. Binada 600 insanın yaşadığı bildirilir.

İngiltərənin baş naziri Tereza Mey yanan binanı ziyarət edəcək.

Gununsesi.info