ABŞ-ın cənub və mərkəzi ştatlarında güclü qasırğa baş verib.
Baş verən qasırğa və daşqın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilirdi.
Arkanzas ştatında 3, Tennessidə isə 1 nəfər təbii fəlakəti qurbanı olub.
İki uşağın itkin düşdüyü bildirilir.
***
Qasırğa və daşqın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Bununla yanaşı, itkin düşənlər var.
Qeyd edək ki, son iki sutka ərzində şiddətli yağışla müşayiət olunan qasırğalar ABŞ-ın cənub və mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Təbii fəlakət Texas, Missuri, Missisipi, Arkanzas, Alabama, Oklahoma və Luiziana ştatlarını əhatə edib.
Gununsesi.info