Gülənin ən yaxın adamı türk kəşfiyyatına işləyir?

  • By admin
  • 06 Aprel 2017 19:22

1383730231fethullah-gulen

 

FETÖ-nun Hərbi Hava Qüvvələrindəki imamı olaraq bilinən Adil Öksüz Milli İstehbarat Təşkilatına (MİT) işləməyib.

Axar.az xəbər verir ki, bu barədə MİT CHP lideri Kamal Kılıçdaroğlunun iddialarına cavab olaraq məlumat yayıb.

“Adil Öksüz MİT-in terror qruplaşması içərisindəki mənbəyi olmayıb. Onun necə azadlıqda olması məhkəmənin işidir və lazımi araşdırmalar aparılır”, – deyə qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, Kılıçdaroğlu NTV-yə açıqlamasında Öksüzün kəşfiyyata işlədiyini iddia etmişdi.

 

Gununsesi.info