
Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin İzmirdə tutulan qardaşı Kutbettin Gülən həbs olunub.
Gununsesi.info “Axşam” qəzetinə istinadən xəbər verir ki, İzmirdə Fətullahcı Təşkilata / Paralel Dövlət qurulmasına (PDY) istiqamətli istintaqda Fətullah Gülənin qardaşı K.Gülən həbs olunub. K. Gülən istintaqa verdiyi ifadəsində FETÖ deyə bir təşkilatın olmadığını iddia edib.
Qeyd edək ki, bir müddət öncə Türkiyə polisi FETÖ araşdırması çərçivəsində “silahlı terror təşkilatı üzvü olmaq” cinayəti ilə axtarışda olan K.Gülənin Gaziemir rayonunda bir qohumunun evində olduğu müəyyən edib. Polisin keçirdiyi axtarış-əməliyyat nəticəsində o, İzmirdə saxlanılıb.
Anar
Gununsesi.info












