Gülənin Türkiyəyə təhvil verilməsi üçün kampaniya

  • By admin
  • 16 İyul 2017 13:25

1383730231fethullah-gulen
ABŞ-da yaşayan türklər FETÖ terrorçu qruplaşmasının rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün “Ağ Ev”in saytında imza kampaniyasına start veriblər.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, petisiya “Ədalət üçün Fətullah Güləni Türkiyəyə təhvil verin” başlığı ilə hazırlanıb.

Türklər 249 nəfərin öldüyü və 1537 nəfərin yaralandığı qanlı gecənin təşkilatçısı kimi Fətullah Gülənin həbs edilməsini tələb edirlər.

İmza kampaniyasında 100 min səs toplanması nəzərdə tutulub. Hazırda 13 354 nəfər səsvermədə iştirak edib.

Kampaniyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/extradite-fethullah-gulen-back-turkey linkinə daxil olmaq lazımdır.

Gununsesi.info