Güləş yarışları davam edir

  • Müəllif: admin
  • 18 May 2017 09:28

islamiada

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib.

İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəkidə qaliblər müəyyənləşəcək.

66 kq
1/4 final – M.Zeidvand (İRİ) – Kamran Məmmədov

75 kq
1/4 final – Elvin Mürsəliyev – R.Garmsiri (İRİ)

85 kq
1/4 final – Fallahhamidabadi (İRİ) – İslam Abbasov

130 kq
1/4 final – Sabah Şəriəti – M.A. Xan (PAK)

Qeyd edək ki, ilk görüşlər saat 10:00-da, final görüşləri 18:00-da başlayacaq.

Anar

Gununsesi.info