Gülben Ergen polislərə sürpriz edib - MÜĞƏNNİ "POLİS GÜNÜ" MÜNASİBƏTİYLƏ ONLARA BAŞ ÇƏKİB

  • By admin
  • 10 Aprel 2017 07:47

gulben ergen polisler

Türkiyənin tanınmış müğənnilərindən olan Gülben Ergen Hakkariyə səfər edib.

Gununsesi.info-nun hurriyet.com.tr-yə istinadən verdiyi məlumata görə, Gülben Ergen “Polis Günü”nü münasibətiylə Depindəki polis məntəqəsinə baş çəkib.

Polislərlə xatirə çəkli çəkdirən müğənni onları təbrik edib. Ergen polislərə ürək sözlərini belə çatdırıb: “Allah hamınızdan razı olsun. Hər kəsin ailəsinə xosbəxtlik arzu edirəm. Hər şey üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın”.

Qeyd edək ki, Hakkariyə səfəri zamanı Hülben Ergen ilk olaraq Atatürk Mədəniyyət Mərkəzini ziyarət edib. O, gəzinti zamanı qarşılaşdığı hakkarililərlə selfi də çəkdirib. Daha sonra Hakkari Polis İdarəsinin rəisi Süleyman Suvat Dilberoğlu ilə söhbətləşib.

Gununsesi.info